Daha bir idmançımıza dopinq cəzası verildi

Daha bir idmançımıza dopinq cəzası verildi

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) dopinqə görə Azərbaycanın daha bir idmançısına sanksiya tətbiq edib.

Sport7.az xəbər verir ki, dopinq-testi müsbət nəticə verən Elmar Alıyev 4 il müddətinə diskvalifikasiya olunub. Onun orqanizmində qadağan olunmuş Urine substitution (M2. Chemical and Physical Manipulation) peraparatı tapılıb. Bu haqda qurumun rəsmi saytı məlumat yayıb.

56 kq çəkidə çıxış edən ağırlıqqaldıranın cəzası 12 sentyabr 2018-ci ildən hesablanacaq və 12 sentyabr 2022-ci ildə başa çatacaq.

IWF aprelin 15-də dopinqə görə Nizami Paşayevə 8 il cəza verildiyini açıqlayıb. (report.az)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR