Daha bir məşqçi AFFA-ya YOX dedi

Daha bir məşqçi AFFA-ya YOX dedi
AFFA-nın rəsmən təklif göndərdiyi Milan Obradoviç 21 yaşadək futbolçulardan ibarət yığmamızı çalışdırmaqdan imtina edib.

Sport7.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb. Serbiya millisinin baş məşqçisi Mladen Krstaiç hazırda millidə köməkçisi olan Obradoviçin AFFA-nın təklifini geri çevirdiyini bildirib.

"Artıq bu məsələ bağlanıb. Milan Obradoviç heç bir yerə getməyəcək. Düzdür, o, təklif almışdı, amma bundan imtina etdi. Hazırda Serbiya millisində çalışır və onun dəyişdirilməsini tələb etmək lazım deyil".

Qeyd edək ki, AFFA bir neçə gün öncə Obradoviçin U-21 millimizə əsas namizədlərdən biri olduğunu açıqlamışdı. (Qol.az)
 

Xəbər lenti