"Daha çox hücumameyilli oyun sərgiləməliyik" - Arif Əsədov

Azərbaycanın tanınmış məşqçilərindən olan Arif Əsədov bu gün baş tutacaq yığmamızın Çexiya ilə oyunu haqda fikirlərini bildirib.

Əsədov Sport7.az-a açıqlamasında şansları dəyərləndirib və bir sıra məqamlara toxunub:

"Düşünürəm ki, vacib oyunlardan biridi. Çünki 3-cü pillə şanslarımızı saxlayırıq. Komandamız bunu dərk edir və meydana qələbə üçün çıxacaq. Evdə oynadığımız üçün şansları faiz nisbətilə 60-ın 40-a bizim xeyrimizə dəyərləndirirəm. 

Heyətə gəlincə hər məşqçinin öz fikri var. Ona görə də nəsə demək çox çətindi. Bu məsələdə daha çox baş məşqçinin üzərinə düşür. Əlbəttə, daha yaxşı olardı ki, üzdəki futbolçular oynasın. 

Klubunda oynamayanlara gəlincə, məsələn "Qarabağ" daha çox əcnəbilərə üstünlük verdiyindən Rahid ehtiyatda olur. Amma yığmada ən çox oyun keçirən futbolçulardandı. Bu baxımdan ona şans verilə bilər.

Çexlərə qarşı necə oynamaq? Bilirsiz ki, yığmamızın artıq öz oyun fəlsəfəsi var. Meydana hansı sistemlə çıxdığını bilirik. Məncə elə bu üslubda da oynayacaqlar. Əlbəttə, Almaniyaya və çexlərlə qarşı oynamaq eyni ola bilməz. Amma, bizə qələbə lazımdı və daha çox hücumameyilli oyun sərgiləməliyik. Əks-hücumlardan çəkinməliyik. Eyni zamanda ilk dəqiqələrdən irəli atılaraq risk etmək də düzgün olmaz. Çexiya millisi də nəzərə almalıyıq".

Sport7.az

Xəbər lenti