Daha iki Azərbaycan çempionunun adı məlum oldu

Daha iki Azərbaycan çempionunun adı məlum oldu

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir.
 
Sport7.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Kişilər arasında ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar qalibi müəyyənləşdiriblər. Toplam 190 kq (88+102) nəticə göstərən Tehran Məmmədov rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə toplam 176 kq (79+97) nəticə ilə Əvəz Tağıyev, üçüncü yerə isə toplam 161 kq (71+90) nəticə ilə İsmayıl Qəmbərzadə çıxıb.

61 kq çəki dərəcəsində də mükafatçıların adına aydınlıq gəlib. Lənkəran idmançısı Elşən Məmmədov toplam 223 kq (98+125) nəticə göstərərək Azərbaycan çempionu olub. Sonrakı pillələrdə müvafiq olaraq toplam 218 kq (96+122) nəticə ilə Nurlan Məmmədzadə və toplam 215 kq (96+119) nəticə ilə Fuad Həsənov qərarlaşıb.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Kişilər. 55 kq

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Məmmədov Tehran2002QobustanUGİM54.688102190
2.Tağıyev Əvəz2002NeftçalaZirvə49.97997176
3.Qəmbərzadə İsmayıl2003LənkəranTəhsil54.77190161
4.Hüseynli Fizuli2002SumqayıtTəhsil54.96778145
5.Cavadov Ömər2002XırdalanZirvə54.690

61 kq

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Məmmədov Elşən2004LənkəranZİrvə60.498125223
2.Məmmədzadə Nurlan2004QazaxZirvə61.096122218
3.Həsənov Fuad2003LənkəranUGİM59.796119215
4.İsazadə Rüfət2000GəncəTəhsil60.58798185
5.Əhmədov Esmin1996GəncəTəhsil61.093
6.Səmədov Ülvi1998NeftçalaZirvə60.40
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR