Daha iki cüdoçumuz uğursuz oldu

Daha iki cüdoçumuz uğursuz oldu

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Qran-Pri turniri davam edir.

Sport7.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın iki cüdoçusu mübarizə aparıb.

73 kq çəki dərəcəsində yarışan Telman Vəliyev ilk görüşündə ispaniyalı Salvador Kases Roça ilə bacarmayıb. 81 kq çəkidə yarışan Hidayət Heydərov isə macarıstanlı Atilla Unqvariyə məğlub olaraq çıxışlarını erkən başa vurub.

İlk yarış günündə Azərbaycanın 4-ü kişi və 5-i qadın olmaqla 9 cüdoçusu mübarizəyə qoşulsa da, heç biri medal qazana bilməyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR