"Daha yaxşı nəticə əldə etmək üçün ustalıq səviyəsi çatışmır" - Aftandil Hacıyev

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 7-ci turunda "Qəbələ"ylə 1:1 hesabıyla nəticələnən səfər matçından sonra mətbuat konfransı keçirib.
 
Sport7.az Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 39 yaşlı mütəxəssis əvvəl oyun haqda danışıb: "Əsgərlərimizə uğurlar arzulayıram. Dualarımız onlardadı. Bunu hər gün deməyi özümə borc bilirəm. Önəmli tarix yaşayırıq. İnanırıq ki, yaxın vaxtda cəhbədən şad xəbər eşidərik. Bilirdik ki, hər iki komanda məğlub olmamaq üçün əlindən gələni edəcək. "Qəbələ" qələbəsi olmasa da, asan da uduzmayan komandadı. İstədiyimiz futbolu göstərə bildik. Daha yaxşı nəticə əldə etmək üçün ustalıq səviyəsi çatışmır. 1 xalı aktivimizə yazdıq. Bu, gələcək üçün pozitiv fikirlər yaradır. "Zirə"ylə növbəti turun matçında 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik"

- Oyuna əsasən, sırf nəticəni normal qəbul edirsiniz?

- Artıq 3 oyundur məğlub olmuruq. Həqiqətən heyətimizdə çatışmazıqlar var. Bu zaman məşqçilyə vaxt laızmdı ki, istədiyi oyunu aşılasın. Bu gün bizdə nəticəyə oynayan futbolçular azdı. Ancaq bununla belə, onlardan razıyam. Nəticəyə də çalışırıq. Əlbəttə. 3 xal istəyərdik, qol imkanlarımız oldu. Ancaq bu  səfər bərabərliyi də əlverişli nəticədi. (Sport24.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR