"Daha yaxşı oynayacağıma inanıram" - Millimizin futbolçusu

Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu İspaniyanın "Albasete” komandası Sequndanın I turunda "Espanyol"a 0:3 hesabı ilə məğlub olub. 
 
Sport7.az xəbər verir ki, görüşdən sonra "Eldigitaldealbacete" nəşrinə danışan Eddi məğlubiyyətə şərh verib. 
 
"Baş məşqçinin bizdən istədiyi kimi pozitivlik və nikbinliklə çalışırıq. Yeni komandayıq, mövsüm ərzində iddialılar sırasında olmaq niyyətindəyik. Özümü çox yaxşı hiss edirəm. Mövsüm yeni başlayıb, daha yaxşı oynayacağıma inanıram. Komandaya gənc və çalışqan futbolçular qoşulub. Onların böyümək istədiklərini gördüm. Kollektivimiz möhtəşəmdir, yeni qoşulanlarla birlikdə böyük qrup yaratdıq", deyə 28 yaşlı yarımmüdafiəçi bildirib. 

Qeyd edək ki, "Albasete” II turda sentyabrın 20-də evdə "Ponferradina” ilə qarşılaşacaq.
 
Xatırladaq ki, Eddi İsrafilov koronavirus pandemiyası səbəbindən Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarında iştirak edə bilməyib. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR