PSJ-nin braziliyalısı İngiltərədə klub axtarır

PSJ-nin braziliyalısı İngiltərədə klub axtarır

PSJ-nin müdafiəçisi Dani Alves iş yerini dəyişə bilər.

Braziliyalı futbolçu Paris klubunun müqavilə yeniləməklə bağlı təklifini hələlik qəbul etməyib. Alves karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. Təmsilçiləri hazırda onun üçün İngiltərədə klub axtarışındadılar.

36 yaşlı Dani Alvesin PSJ ilə olan sazişi yayda bitir. Klub ona yeni 1 illik müqavilə təklif edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR