Dani Alveş PSJ-nin qapıçısı oldu - VİDEO

Dani Alveş PSJ-nin qapıçısı oldu - VİDEO
Fransa kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan "Soşo" - PSJ matçında maraqlı anlar yaşanıb.
 
Sport7.az xəbər verir ki,  matçın 90-cı dəqiqəsində qırmızı vərəqə ilə meydandan qovulan qolkiper Kevin Trappı komandanın müdafiəçisi Dani Alveş əvəzləyib. Belə ki, PSJ-də əvəzetmə limiti bitdiyindən braziliyalı müdafiəçi "çərçivə"ni qorumaq məsuliyyətini öz üzərinə götürüb. Ancaq son dəqiqələr olduğundan "sambaçı" elə də çətin anlar yaşamayıb və həmin vaxt PSJ-nin xeyrinə 4:1 olan hesab da dəyişməyib. Beləliklə növbəti mərhələyə məhz parislilər adlayıb.  
 

Xəbər lenti