"Dani eyni ayağından zədə alıb" - Nurlan İbrahimov

"Neftçi" ilə oyunun 75-ci dəqiqəsində meydana daxil olan Dani Kintana çox keçmədən zədələnərək əvəzlənməli oldu.

Zədədən yenicə qayıtmış ispanın ikinci dəfə eyni ayağından, oxşar halla üzləşməsi azarkeşlərdə və klubda narahatlıq doğurmaya bilməz. Bu üzdən futbolçunun son durumunu öyrənmək üçün klubun mətbuat katibi Nurlan İbrahimovla danışdıq.

Nurlan bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Nə deyə bilərəm? Futbolçu hələ MRT-dən keçməlidi. Düzdü eyni ayağından zədə alıb. Amma eyni yerdən olub-olmadığı dəqiq məlum deyil. Bu MRT-dən keçəndən sonra müəyyənləşəcək. Futbolçu bu gün müayinə olunacaq".

Sport7.az

Xəbər lenti