Danışılmış oyunlarla bağlı milli üzvləri ilə görüş - FOTOLAR

Danışılmış oyunlarla bağlı milli üzvləri ilə görüş - FOTOLAR
AFFA-da danışılmış oyunlarla bağlı görüş keçirilib.

Sport7.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Kamran Cəbrayılov Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
 
Cəbrayılov milli üzvlərinə danışılmış oyunlar mövzusu ilə bağlı məlumat verib.
 
Tədbirin təşkilində əsas məqsəd gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları bundan qorumaq, çəkindirməkdi.
 

Sport7.az

Xəbər lenti