Dario Frederiko:

Dario Frederiko: "Rəqib qapalı oynasa..."

"Bney Yehuda" ilə oyundan öncə "Neftçi"nin futbolçusu Dario Frederiko jurnalistlərin suallarını cavablayıb.
 
Sport7.az xəbər verir ki, "sambaçı" bunları söyləyib: "Həftəboyu yaxşı hazırlaşmışıq. Artıq rəqibimizi də yaxşı tanıyırıq. Çünki bir həftə əvvəl qarşılaşmışıq. Həm də "Bney Yehuda”nı analiz etmişik. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, Azərbaycana istədiyimiz nəticə ilə qayıtmağa çalışacağıq. Əsas üstünlüklərimdən biri driblinqdir. Hər dəfə çalışıram bir neçə rəqib futbolçunu geridə qoyub, komandamızın hücumunu daha da asanlaşdırım. Əgər sabah rəqib daha da qapalı oynasa, fərdi keyfiyyətlərimə üstünlük verməyə çalışacam”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR