David Luis Portuqaliyaya qayıtmaq istəyir

David Luis Portuqaliyaya qayıtmaq istəyir

"Arsenal"ın futbolçusu David Luis bu yay başqa kluba transfer oluna bilər.
 
Sport7.az xəbər verir ki, braziliyalı müdafiəçi sabiq komandası "Benfika"ya qayıtmaq istəyir. 35 yaşlı "sambaçı" bu haqda özü açıqlama veib. "Daily Star"a fikirlərini bildirən Luiz Portuqaliya klubuna qayıtmaq istədiyini dilə gətirib.
 
Luis 2007-2011-ci illərdə "Benfika"nın formasını geyib. Daha sonra "Çelsi"yə transfer olunan futbolçu 2019-cı ildən "Arsenal"ın formasını geyinir. 
 
"Transfermarket"də müdafiəçinin qiyməti 12 milyon avro göstərilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR