David Luiz

David Luiz "Arsenal"da qala bilər - amma bir şərtlə...

"Arsenal" David Luizlə yeni müqavilə bağlamağı düşünür.
 
Sport7.az xəbər verir ki, ancaq bununla bağlı "Topçular"ın müəyyən şərtləri var. Belə ki, təcrübəli mərkəz müdafiəçisi maaşının azaldılmasına razı olarsa "Arsenal"ın heyətində qala bilər. 
 
Luizin həftəlik maaşı hazırda 120 min funtdu. Lakin klub koronavirusa görə eyni məbləği futbolçuya ödəməyə hazır deyil. 
 
Müdafiəçi 2019-cu ildə "Çelsi"dən "Arsenal"a transfer olunub. Hazırkı şərtlərə görə futbolçu klubla daha bir il müdətinə müqavilə bağlaya bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR