David Vilya mövsümün sonunda futbolla vidalaşacaq

David Vilya mövsümün sonunda futbolla vidalaşacaq

"Vissel Kobe"nin hücumçusu David Vilya mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb:

"Mövsümün sonunda 19 illik professional karyeramı bitirəcəm. Karyeram boyunca oynadığım bütün klublara, futbolçulara və birlikdə çalışdığım məşqçilərə təşəkkür edirəm. Həmçinin həmişə yanımda olan ailəmə də minnətdaram".

Vilya karyerası ərzində "Vissel Kobe" ilə yanaşı, Xixon "Sportinq"i, "Saraqosa", "Valensiya", "Barselona", "Atletiko", "Melburn Siti" və "Nyu-York Siti"də çıxış edib. 37 yaşlı futbolçu 3 dəfə La Liqanın, 3 dəfə İspaniya Kubokunun, 2 dəfə isə ölkə Superkubokunun qalibi olub. Onun kolleksiyasında Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası dünya çempionatının qızıl medalları da var.

İspaniya yığmasının heyətində 98 matçda meydana çıxan və 59 dəfə fərqlənən Vilya 2008-ci ildə Avropa çempionatının, 2010-cu ildə isə dünya çempionatının qalibi olub. O, İspaniya millisinin tarixinin bombardiri hesab olunur.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR