Davud Kərimi: "Bəlkə, futbolu atdım"

Davud Kərimi:
Yay transfer dönəmi başlayandan sonra kənarda qalan futbolçulardan biri də Davud Kərimidi.

Hazırda klubsuz olan qolkiper Sport7.az-a açıqlamasında karyerasını bitirə biləcəyini deyib.

"Hələ karyeramla bağlı xəbər yoxdu. Diqqətinizə görə çox sağ olun. Jurnalistlərdən başqa heç kim maraqlanmır. Danışıq apardığım klublar yoxdu. Evdə oturmuşam. Bu qədər oyun keçirmişəm. Gözləyirəm ki, bəlkə təklif gələr. Amma görürəm heç kimə lazım deyilmişik. 

Birinci divizionda da iştirak edəcək klublar tam dəqiq deyil. Bilirsiz necədi, bəlkə futbolu atdım. Türkiyənin BAL liqasından təklif gəlmişdi. Ora da ailəmi apara bilmədiyim üçün getmək istəmədim. Başqa maraqlananlar da yoxdu".

Sport7.az

Xəbər lenti