De Byazi izlədi,

De Byazi izlədi, "Qarabağ" qələbə qazandı

"Qarabağ" yoxlama görüşündə qələbə qazanıb.
 
Sport7.az xəbər verir ki, "köhlən atlar" "Azərsun Arena"da "Sabah"ı 2:0 hesabıyla məğlub edib.
 
Artıq ilk hissədə hesab açılıb. "Qarabağ"ın yeni transferi Uroş Matiç penaltidən vurduğu qolla komandasını önə çıxarıb. İkinci hissədə isə Mahir Emreli fərqi artırıb - 2:0.
 
Görüş elə bu hesabla da başa çatıb.
 
Qeyd edək ki, oyunu millimizin məşqçiləri də izləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR