De Byazi qərar verdi: Ansi Aqolli millimizə gəlir

De Byazi qərar verdi: Ansi Aqolli millimizə gəlir

Azərbaycan millisi ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilən baş məşqçi Canni De Byazi "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini yığmaya gətirəcək.

Sport7.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

64 yaşlı mütəxəssisin Albaniya millisindən yaxşı tanıdığı Aqollini özünə məşqçilər korpusunda köməkçi gətirəcəyi iddia olunur. 

Qeyd edək ki, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən 38 yaşlı müdafiəçi 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib. Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR