De Byazi və köməkçilərinin izləyəcəyi oyunlar müəyyənləşdi

De Byazi və köməkçilərinin izləyəcəyi oyunlar müəyyənləşdi

Millimizin məşqçi heyəti bu gün Premyer Liqa klublarının keçirəcəyi yoxlama oyunlarını izləyəcək. 

Sport7.az xəbər verir ki, baş məşqçi Canni De Byazi "Keşlə” – "Səbail” matçına baxacaq. 

64 yaşlı italiyalı mütəxəssisin köməkçiləri Arif Əsədov və Klaudio Beluççi "Sumqayıt” – "Zirə” görüşündə olacaq. Yığmanın digər məşqçiləri Benito Karbone, Alessandro Skaya və Dmitri Kramarenko "Neftçi” – "Qəbələ” oyununu izləyəcəklər. 

AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR