De Lixt

De Lixt "Barselona"ya transferi barədə: "Bəlkə də, hələ vaxtı deyil"

"Ayaks"ın müdafiəçisi Matteys de Lixt "Mundo Deportivo"ya müsahibəsində "Barselona"ya mümkün transferi barədə sualları cavablandırıb:

- "Barselona"da oynamaq istəyərsiniz?

- Əlbəttə, əla olardı, ancaq mənim üçün hansı variantın daha yaxşı olduğuna dair yekunu qərarımı verməmişəm. Hələ də ürəyimin nə istədiyini bilmirəm. Uzun müddətdi bütün diqqətimi "Ayaks"a və Hollandiya yığmasına yönəltmişdim. Tətildə düşünəcəm və gələcəyim barədə qərarımı verəcəm. Dəqiq vaxt verə bilmərəm, sadəcə, boşluqdan istifadə edib, bu haqda düşünəcəm.

- Maddiyyat və oyun praktikası sizin üçün problem deyilsə, niyə hələ də "Barselona" ilə transferinizi razılaşdırmamısınız?

- Bəlkə də, hələ vaxtı deyil. Hər şeyi bir-bir gözdən keçirməli və tətildə qərarımı verməliyəm.

Daha əvvəl de Lixtin PSJ-də oynamaq istədiyinə dair xəbərlər yayılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR