"Dəcəl qızımla vaxt keçirirəm" - Qadın MMA döyüşçümüz

"Təbii ki, zalda çəkimə uyğun alətlərlə, təlim məşq toplanışında məşq etmək daha keyfiyyətlidi". 

Bu sözləri Sport7.az-a açıqlamasında MMA döyüşçüsü Gözəl Zutova karantin günlərində peşəkar məşqdən uzaq qalması barədə danışarkən deyib. 

Qadın güləşçinin sözlərinə görə, o, vaxtını həm məşq, həm də övladı ilə əyləncəli zaman keçirərək dəyərləndirir:

"Karantin ilə bağlı #evdəqal-a riaət edirəm. Amma formada qalmaq üçün kənddə bağda hər gün səhər kuros, jqut, turnik, pres hərəkətləri edirəm. Axşam isə evdə dəcəl qızımla birlikdə vaxt keçirirəm. Onu da deyim ki, nəinki məşq qızım məni daha çox tərlədir". 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR