Dembele

Dembele "Real"la oyunu buraxa bilər

"Sevilya" ilə görüşdə meydandan qovulan, "Barselona"nın vinqeri Usman Dembele 2 oyunluq diskvalifikasiya olunacaq.

"Diario Sport"un məlumatına görə, Dembelenin hərəkəti İspaniya Futbol Federasiyasının intizam məcəlləsinin 117-ci maddəsi üzrə dəyərləndiriləcək. Bu da fransız futbolçunun ən azı 2 oyun komandasına kömək edə bilməyəcəyi anlamına gəlir.

Dembelenin sözügedən matçın hakimi Antonio Mateu Laosa qarşı fransız dilindən tərcümədə "Sən çox pissən" mənasını verən ifadə işlətdiyi iddia olunur. "Barselona" apellyasiya şikayəti ünvanlamaq üçün videogörüntünün köməkliyilə bunun belə olmadığına dair dəlil irəli sürməlidi. İndiki vəziyyətdə bu, elə də inandırıcı görünmür.

Belə olan halda, Dembele "Real"la görüşü də buraxmalı olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR