Dembele yoxa çıxdı

Dembele yoxa çıxdı
Adı "Barselona” ilə hallanan Usman Dembele "Borussiya”nın bu gün baş tutan məşqində iştirak etməyib.
 
Sport7.az xəbər verir ki, bu barədə Dortmund klubunun baş məşqçisi Peter Bozs məlumat verib.
 
O, 20 yaşlı fransız futbolçunun məşqə çıxmamasının səbəbini ğöyrənə bilmədiklərini açıqlayıb: "Usman bu gün baş tutan məşqdə iştirak etmədi. Məşqə gəlməməsinin səbəbini bilmirik. Özü ilə əlaqə saxlamağa çalışsaq da, istəyimiz baş tutmadı. Ümid edirik ki, başına pis hadisə gəlməyib”.

Qeyd edək ki, "Barselona” Neymarın gedişindən sonra Dembele ilə danışıqlara başlayıb.
 
Sport7.az

Xəbər lenti