Deputat sosial şəbəkədə ona sataşanlara cavab verdi

Deputat sosial şəbəkədə ona sataşanlara cavab verdi
Milli Məclisin deputatı Azər Badamov Report-un sorğusuna cavab olaraq bildirib ki, Rusiyada keçiriləcək Dünya Çempionatında İspaniyanın "Real Madrid” klubuna azarkeşlik edəcək.

""Real Madrid” çempion olacaq. Dünya çempionatını izləyəcəyəm. Favoritim "Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər, Bu, artıq sürpriz olar”-deyə, deputat bildirib.

Deputatın bu açıqlaması sosial şəbəkələrdə söz-söhbətə səbəb olub.

Ona görə də Modern.az-ın əməkdaşı yuxarıdakı açıqlamanın yanlışlığına aydınlıq gətirməsi üçün Azər Badamovla əlaqə saxlayıb.

O bildirib ki, bu gün İspaniya yığmasının tərkibində oynayanlar "Real Madrid”in futbolçularıdır.

"Ona görə də mən səhvən elə demişəm. Bildirmişəm ki, favoritim "Real Madrid”dir. İnsanlar da götürüb bundan sensasiya yaradırlar. Burda qeyri-adi bir şey yoxdu axı. İspaniyanın "Barselona” komandasının tərkibində oynayanlar da "Real Madrid”in futbolçularıdır. "Real Madrid”in oyunçuları orada təmsil olunur”.

Azər Badamov deyib ki, "Real Madrid” İspaniyanın komandasıdır.

"Mən İspaniyanı "Real Madrid” kimi görürəm. Ona görə  demişəm ki, "Real Madrid” mənim favoritimdir”.
 
Sport7.az

Xəbər lenti