"Qarabağ"la "Səbail"dən qələbə - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Sport7.az xəbər verir ki, günün ilk matçında "Səbail" səfərdə "Keşlə"nin qonağı olub. Bu görüşdə qonaqla Mirabdulla Abbasovun qolu sayəsində 2:1 hesablı qələbə qazanıb. Tərlan Əhmədovun komandasından yeganə qolu 54-cü dəqiqədə Frutos vurub. 
 
Cari mövsümün ilk derbisi isə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. "Neftçi" mərkəzi arenada "Qarabağ"ın qonağı olub. Derbi Qurban Qurbanovun komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdamlıların heyətində Zubir və Mahir Emreli fərqlənib.
 
18.00. "Keşlə” – "Səbail” 1:2
(Mirabdulla Abbasov, 18, 31-p., Lorenzo Frutos, 54) 

"Keşlə”: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 25. Con Kamara, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 11. Ruslan Qurbanov, 14. Emin Mehtiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov
Baş məşqçi: Tərlan Əhmədov

"Səbail”: 85. Kamal Bayramov, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 18. Aqşin Qurbanlı, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 88. Orxan Qurbanlı, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bakcell Arena”

20.30. "Qarabağ” – "Neftçi” 2:0
(Mahir Emreli, 31, Abdullah Zubir, 69) 

"Qarabağ”: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Dani Kintana, 17. Abdullah Zubir, 3. Ailton Silva, 8. Markos Madera, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 6. Simeon Slavçev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov

"Neftçi”: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 9. Baqali Dabo, 28. Stiven Monroz, 25. Kiril Petrov, 77. Donald Qerye, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 18. Tural Axundov, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 93. Soni Mustivar, 10. Dario Frederiko, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 4 4 0 0 10-0 12
2 Səbail 4 3 0 1 6-5 9
3 Zirə 4 2 1 1 4-3 7
4 Keşlə 4 2 0 2 6-3 6
5 Neftçi 4 1 1 2 3-5 4
6 Sumqayıt 4 1 0 3 4-7 3
7 Qəbələ 4 1 0 3 1-9 3
8 Sabah 4 0 2 2 2-4 2
 
Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt"), Lorenzo Frutos ("Keşlə")  - 3 qol

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR