"Derbi" Lempardın "Çelsi" ilə danışıqlar aparmasına icazə verib

"Derbi"nin baş məşqçisi Frenk Lempardın "Çelsi"ni çalışdıracağı gözlənilir.

"Derbi" Lempardın "zadəganlar"la danışıqlar aparmasına icazə verib. Bu barədə klub bəyanat yayımlayıb.

Yeni mövsüm hazırlıqlarının startına az müddət qaldığından, "Çelsi" ən qısa zaman ərzində danışıqları yekunlaşdırmaq niyyətindədi.

London klubunun Lempardla ilkin razılığa gəldiyi bildirilir. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacağı gözlənilir. Təyinat "Çelsi"yə 4 milyon funta başa gələcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR