Devid Bekhem "Real"da

Devid Bekhem
Devid Bekhem sabiq klubu "Real”a geri dönüb. 

Sport7.az xəbər verir ki, bu barədə Madrid klubunun prezidenti Florentino Peres məlumat verib. 

Klub rəhbəri Bekhemin ABŞ-dakı səfiri təyin edildiyini açıqlayıb. 

"Dahi futbolçular 2000-ci ildən bizə "Real”ın daha müsbət obraz almasına kömək etdilər. Komandamızda Fiqo, Zidan, Ronaldo və Bekhem kimi futbolçular çıxış etdilər. Onlarla görüşəndə kluba qayıtmaqlarından məmnun olacağımı dedim. Zidan hazırda komandanın baş məşqçisidi. Digərləri isə bizim nümayəndələrimiz sayılırlar. Bekhem bundan sonra "Real”ın səfiri kimi fəaliyyət göstərəcək”.
 
Qeyd edək ki, ingilis futbolçu 2003-2007-ci illərdə "Real”da çıxış edib. 
 
Sport7.az

Xəbər lenti