Devid Blatt skleroz xəstəsi olduğunu açıqlayıb

Devid Blatt skleroz xəstəsi olduğunu açıqlayıb

"Olimpiakos"un baş məşqçisi Devid Blatta çoxsaylı skleroz diaqnozu qoyulub.
 
60 yaşlı mütəxəssis yunan klubunun saytı vasitəsilə bu barədə bəyanat yayıb:

"Bəzən həyat bizi izah etməkdə və başa düşməkdə çətinlik çəkdiyimiz situasiyalara düşməyə məcbur edir. Belə vəziyyətlərdə xarakterini sınaqdan keçirən seçimlər etmək məcburiyyətində qalırsan.

Bir neçə ay əvvəl həkimlər məndə çoxsaylı skleroz xəstəliyini aşkarladılar. Bu xəstəliyin müxtəlif formaları var və müxtəlif insanlarda fərqli şəkildə özünü büruzə verir. İmmun sistemi ilə əlaqədar xəstəlikdi və insanın həyat keyfiyyətinə birbaşa təsir edir. Hətta bir müddət sonra normal funksiyaları belə, yerinə yetirə bilmirsən.

Şok hissi və ağrılara baxmayaraq, həyatımın dəyişdiyini anladım. Eyni zamanda, sonadək mübarizə aparmaq qərarına  gəldim. Üzərimə düşən tapşırıq yeni situasiyaya uyğunlaşmaq və normal həyata davam etməyin yollarını tapmaqdan ibarətdi. İlk işim problemlərin həlli və çətinliklərin öhdəsindən gəlməklə bağlı məşqçilik metodologiyama baş vurmaq oldu. Üç etapdan ibarət metodikam var: 1) Problem nədi?; 2) Niyə baş verib?; 3) Qarşısını necə ala bilərik?"

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR