"Dəyişikliyə normal yanaşmalıyıq" - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Sport7.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri oyunla bağlı öncə bunları deyib:

- Ağır oyun oldu. Bizdə çox şey alınmırdı. Bu da başadüşüləndi. Komanda dünən bir araya gəlmişdi. Buna baxmayaraq, futbolçuları təbrik edirəm. 6 gün sonra Portuqaliyada çətin oyunumuz var. "Sumqayıt"a uğurlar arzulayıram. Nazim Süleymanovun komandası oyundan-oyuna yaxşı oynayır. Düşünürəm ki, qarşıdakı matçlarda daha yaxşı nəticələlər əldə edəcəklər.

- Bu gün matçı izləyənlər arasında "Sportinq"in məşqçisi də var idi. Bəs "Qarabağ"dan Portuqaliyaya gedən məşqçi olacaq?
- Bilirdim ki, stadiona rəqibdən nümayəndə var. Bazar günü kubok matçı oynayırlar. Fkikirləşirəm ki, oyunlarına etməyə ehtiyac olmayacaq. "Sportinq"in matçlarına baxmışam.

- Nazim Süleymanov hakimlikdən narazı qalıb…
- Həmkarımızın fikrinə normal yanaşıram. Qarşılaşmada bir sıra mübahisəli epiozdlar vardı. Hər hansı fikir bildirə bilmərəm. Hər oyundan sonra müxtəlif fikirlər olur. Fikirləşirəm ki, hələ qarşıda çox oyun var və belə müzakirələr olacaq.

- Araz Abdullayevin debüt matçında çıxışı sizi qane etdimi?
- Arazdan bu gün maksimum oyun gözləyə bilmərim. Xeyli vaxtdı rəsmi oyun keçirmirdi. Sonuncu dəfə iyunda millinin heyətində Latviya yığmasına qarşı oynayıb. Abdullayev çox ciddi hazırlaşır və əvvəlki formasını bərpa etməyə böyük istəyi var.

- Bu gün AFFA İcariyyə Komitəsinin iclasında iştirak etmədiz. Hakimliklə bağlı çıxarılan qərarla bağlı düşüncələrinzi necədi?
- Bəli, məni dəvət etmişdilər. Ancaq oyunumuz olduğuna görə iclasda iştirak edə bilmədim. Hakimlik nə qədər İcraiyyə Komitəsində müzakirə olunsa da, mənə aid sahə deyil. Neçə ildi bu məsələ, komitələrin birləşdirilməsi müzakirə olunur. Belə praktika olub. Mənə aid olmayan sahə olduğuna görə dərindən maraqlanmamışam. Buna görə fikir bildirə bilmərəm. UEFA bəzən tələb edir ki, belə dəyişiklik olsun. Bu haqda informasiyam var. Dəyişikliyə normal yanaşmalıyıq. (Sportnet)
 
Sport7.az

Xəbər lenti