Di Mariya sıradan cıxdı

Di Mariya sıradan cıxdı
"Mançester Yunayted"in argentinalı ulduz futbolçusu Anxel di Mariya zədələnib.
Sport7.Az xəbər verir ki, argentinalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında son oyunda "Vest Bromviç"ə qarşı ayağından problem yaşayıb. Bu səbəbdən o, 75-ci dəqiqədə Eşli Yanqla əvəzlənib.
Di Mariyanın zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Vest Bromviç" - "Mançester Yunayted" görüşü 2:2 hesabı ilə başa çatıb.

Sport7.Az

Xəbər lenti