Dibala

Dibala "Yuventus"da qalacaq

"Yuventus” argentinalı hücumçu Paulo Dibala ilə beş illik yeni müqavilə imzalayacaq.

Sport7.az xəbər verir ki, bu barədə "Football Italia” məlumat yayıb. Məlumata görə, tərəflər artıq müqavilənin yeni şərtləri barədə razılığa gəliblər və buna əsasən hücumçunun əmək haqqı da artırılacaq. Yeni müqaviləyə əsasən 30 iyun 2022-ci ilə qədər Dibala ildə 7,5 milyon avro alacaq.

Bu mövsüm 26 yaşlı argentinalı "Yuventus”da meydana çıxdığı 34 oyunda 13 qola imza atan argentinalı ulduz 12 məhsuldar ötürməyə də müəlliflik edib.
 
Dibala 2015-ci ildən "Yuventus"un şərəfini qoruyur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR