Dibalada yenidən koronavirus aşkarlandı

Dibalada yenidən koronavirus aşkarlandı

"Yuventus"un hücumçusu Paulo Dibala və sevgilisi Oriana Sabatini növbəti dəfə koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Futbolçu ilə sevgilisi yenidən karantin altına alınıblar. Virus analizi müsbət nəticə verən cütlük özlərini şəxsi evlərində təcrid ediblər.

Dibalanın və özünün səhhəti barədə danışan Sabatini təəccübünü gizlətməyib: "Martın 21-də ilk testdən keçdik və nəticə müsbət oldu. 3 gün sonra yenidən analiz verdik. Bu dəfə isə əksi oldu. Üçüncü test isə hələ də bizdə koronavirus simptomlarının olduğunu göstərdi. Bunun necə işlədiyini və analizlərin niyə əvvəl mənfi, sonra isə müsbət nəticə verdiyini bilmirəm".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR