Dieqo Koşta onu istəməyən məşqçiyə sataşdı - FOTO

Dieqo Koşta onu istəməyən məşqçiyə sataşdı - FOTO
"Çelsi"nin hücumçusu Dieqo Koşta diqqət mərkəzinə düşüb.
 
Sport7.az xəbər verir ki, futbolçu Madrid "Atletiko"sunun formasını geyərək o anları, "İnstaqram" hesabından paylaşıb. "Çelsi"nin baş məşqçisi Kontenin heyətdə görmək istəmədiyi hücumçunun məhz sabiq klubu "Atletiko"ya qayıdacağı gözlənilir. Ancaq kluba qoyulan transfer qadağasına görə "Atletiko" Koştanı ən yaxşı halda yanvar ayında oynada bilər. 
 
Londonluların mövsümöncəsi təlim-məşq toplanışına dəvət edilməyən Koşta dostları ilə təşkil etdiyi partidə "Atletiko"nun formasını əyninə geyərək şəklini sosial mediada canlı yayımladı.
 
Bununla yanaşı 28 yaşlı futbolçunun yayım zamanı "Konteyə mənim üçün sarılın" deməsi də diqqətlərdən yayınmayıb.

Koşta 2016/17 mövsümündə "Çelsi" forması ilə çıxdığı 42 matçda 22 qola imza atıb.
 
  
Sport7.az

Xəbər lenti