Dieqo Simeone koronavirusa qalib gəldi

Dieqo Simeone koronavirusa qalib gəldi

İspaniyanın "Atletiko" komandasının baş məşqçisi Dieqo Simeone koronavirusa qalib gəlib. 

Sport7.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
 
Xəbərə görə, sentyabrın 12-dən bəri evində təcrid olunan 50 yaşlı mütəxəssis sağalıb. 

Simeone artıq Madrid təmsilçisində ilk məşqini keçirib. 

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"da işləyir. Klub onun rəhbərliyi altında 2013/2014 mövsümündə İspaniya çempionatının qalibi olub. Argentinalı baş məşqçi İspaniya Kubokunu, Superkubokunu, iki dəfə Avropa Liqasını və iki dəfə UEFA Super Kubokunu qazanıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR