Dieqo Simeone:

Dieqo Simeone: "Sona qədər mübarizə aparmağımız, nəticəyə görə döyüşməyimiz xoşuma gəldi"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Yuventus"la oyun (2:2) haqda fikirlərini bölüşüb:

"Birinci hissədə oyunumuzda nəsə çatışmırdı. Fasilədən sonra "Yuventus" dərhal qapımıza yol tapdı. Amma sona qədər mübarizə aparmağımız, nəticəyə görə döyüşməyimiz xoşuma gəldi.

Oyun boyu rəqibə təhlükə yaratmaq üçün çalışdıq. Ximenes, Vitolo və Korrea fərqlənməyə yaxın idilər. 1 xaldan artığına da layiq olduğumuzu deyə bilərəm.

Bərabərliyi pis və ya yaxşı nəticə saymıram. "Yuventus" güclü komandadı və təcrübəli oyunçulara sahibdi. Onların yaş ortalaması 29, bizimki isə 24-dü. Bu səviyyədə təcrübə böyük faktordu. Gələcəkdə belə matçların faydasını çox görəcəyik. Vacib olan matçın gedişində intensivliyi azaltmamaq və gücünə inanmaqdı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR