Dieqo Simeonedən qələbə şərhi

Dieqo Simeonedən qələbə şərhi
Avropa Liqasının final oyununda "Atletiko" "Marsel"i 3:0 hesabı ilə məğlub edərək qalib olub. 

Sport7.az xəbər verir ki, oyundan sonra Madrid klubunun baş məşqçisi Dieqo Simeone matç haqda fikirlərini bölüşüb. 

"Çox ağır mövsüm oldu. Avropa Liqasındakı qələbə bir tituldan daha artıqdır. Finalı uzaqdan izləmək məni məyus etdi. Bu qələbə bizim əzmkarlığımızın və intizamımızın göstəricisidir. Bu turnirdə özümüzü yenidən diriltdik və "Arsenal"la matçlarda bacarıqlarımızı göstərdik".

O, klubdan ayrılacağı iddia edilən Antuan Qrizmann haqda da danışıb: "Qrizmann "Atletiko”da qalsa, daha da inkişaf edəcəyik. Ancaq gedəcəksə, qorxulu heç nə baş verməyəcək. O, burada çox ilini verib. "Atletiko” Qrizmannsız da inkişafını davam etdirəcək”.
 
Sport7.az

Xəbər lenti