Dimitris İtudis Avroliqada mövsümün ən yaxşı məşqçisi seçilib

Dimitris İtudis Avroliqada mövsümün ən yaxşı məşqçisi seçilib

ÇSKA-nın baş məşqçisi Dimitris İtudis Avroliqada son mövsümün ən yaxşı məşqçisi seçilib.

O, Aleksandr Qomelski adına mükafata layiq görülüb. Qalib Avroliqada çıxış edən məşqçilər arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşib. İtudis ən yaxın izləyiciləri Ergin Ataman ("Anadolu Efes") və Şarunas Yasikyaviçyusu ("Jalqiris") qabaqlayıb.

Qeyd edək ki, İtudis daha əvvəl 2016-cı ildə də sözügedən mükafatı qazanmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR