"Dinamo" - "Yuventus" matçını azarkeşlər tribunadan izləyə biləcək

UEFA Çempionlar Liqasında Ukraynanın "Dinamo" və İtaliyanın "Yuventus" komandaları arasındakı matç azarkeşlərin iştirakı ilə keçiriləcək.

Sport7.az xəbər verir ki, bu haqda Kiyev klubunun rəsmi saytında məlumat yer alıb. Azarkeşlər oyunun təşkil olunacağı "Olimpiyski" stadionuna iki saat tez - Bakı vaxtı ilə saat 18:55-dən etibarən daxil ola biləcəklər. Klub pandemiya şərtlərinə əməl olunmasından ötrü fanatlardan stadiona mümkün qədər tez gəlmələrini xahiş edib.

Biletlər isə adlı olacaq. Şəxsiyyəti təsdiq etmək üçün azarkeşlər özləri ilə fotolu bank kartı və ya pasport, xarici pasport, yaxud sürücülük vəsiqəsi gətirməlidirlər. Tamaşaçı sayına isə məhdudiyyət qoyulmayacaq.

Bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR