"Dinamo"dan Şeydayevsiz qələbə

Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilir.
 
Sport7.az xəbər verir ki, yığmamızın hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo”su da növbəti matçına çıxıb. Səfərdə "Tambov”la üz-üzə gələn Moskva təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 2:0. 

Əvvəlki oyunlarda meydana çıxsa da, qol vura bilməyən millimizin forvardı bu dəfə sonadək ehtiyatda qalıb.

"Dinamo” 7 turdan sonra 8 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR