Dino Ndlovu karantində qorxub

Dino Ndlovu karantində qorxub

Çinin "Çjeçzyan Qrintaun" klubunun formasını geyinən "Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu karantinə alınıb.

Sport7.az xəbər verir ki, futbolçu koronavirus pandemiyası üzündən Çindən öz ölkəsinə, Cənubi Afrika Respublikasına yollanıb. Xəstəliyin yayılmağa başladığı zamanda vətəninə yollanan 30 yaşlı oyunçu artıq Çinə qayıtdığını və orada karantinə alındığını açıqlayıb: "Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantindəyəm. Səfərim problemsiz keçdi, amma bir az qorxdum. Şençjenə səfər zamanı ilk uçuşum ləğv edilmişdi, çünki testdən keçməli idim. Hava limanında bir anketdən keçdim, hamı maskalı idi, insanların çoxu əlcək taxır. Amma Çində bu virusun qarşısını almağın yollarını öyrəniblər. Tezliklə komandamla birgə məşqlərə başlaya biləcəyəm”.

Ndlovu 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR