Premyer Liqa təmsilçiləri 1/4-ə darmadağınla keçdi - YENİLƏNDİ

Premyer Liqa təmsilçiləri 1/4-ə darmadağınla keçdi - YENİLƏNDİ

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
 
Sport7.az xəbər verir ki, Zirə Olimpiya Stadionunda baş tutan qarşılaşmada "Zirə" "Qaradağ Lökbatan"ı 4:0 hesablı məğlubiyyətə uğradıb. "Sabah" isə "Bank Respublika Arena"da "Ağsu"dan üstün olub. Matç paytaxt təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Yalnız Premyer Liqa təmsilçilərindən "Sumqayıt" bu mərhələdə ən az qol vuran komanda olub. "Gənclik şəhəri"nin komandası "Zaqatala"nın qapısından cəmi 2 cavabsız qol keçirib.
 
Beləliklə, 1/8 final mərhələsində sürprizə imkan verməyən Premyer Liqa komandaları 1/4-də qarşı-qarşıya gələcəklər. Belə ki, "Keşlə" "Qarabağ"la, "Sabah" isə "Qəbələ" ilə görüşəcək. "Səbail" "Zirə" ilə qarşılaşacaqsa, "Neftçi" də "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirməli olacaq. 

Azərbaycan Kuboku, 1/8 final mərhələsi 
 
4 dekabr

15.00. "Sabah” – "Ağsu” 5:0
(Ulise Diallo, 29-p., Məhəmməd Mirzəbəyov, 61, Arsen Ağcabəyov, 71, Rocer Roxas, 82, 90) 

"Sabah”: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev (k), 6. Vadim Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 27. Hendrik Ekşteyn, 9. Ulis Diallo, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 59. Raymond Qodstaym, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov
Ehtiyat oyunçular: 98. Oleq Karnaux, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 23. Amadu Diallo, 97. Emil Qasımov, 20. Anar Panayev, 11. Şakir Seyidov, 72. Zahid Mərdanov, 42. Reza Biqdelo
Baş məşqçi: Jelko Sopiç

"Ağsu”: 12. Şamo Həsənov, 3. Fərrux Rəhimov (k), 17. Malik Babayev, 15. Vüsal İbrahimov, 11. Qalib Əmrahov, 77. Elçin Əliyev, 7. Ceyhun Rəcəbli, 99. Davud Mahmudov, 5. Kənan Əşrəfli, 28. Vüqar Gözəlov, 56. Fərid Həsənzadə
Ehtiyat oyunçular: 45. Ramil Kərimov, 38. Məhəmməd Əliyev, 10. Rəsul İbrahimov, 44. Kənan Məmmədov, 50. Orxan Quliyev, 22. Oqtay Məmmədov
Məşqçi: Zaur Əsədov
 
Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Bank Respublika Arena” (ehtiyat meydança)

14.00. "Zirə” – "Qaradağ Lökbatan” 4:0
(Elvin Məmmədov, 45, Müşfiq İlyasov, 55, Xulio Sezar Rodriqez, 69, İbrahim Aslanlı, 78) 

"Zirə”: 1. Orxan Sadıqlı (k), 14. Bəxtiyar Həsənalıadə, 17. Robin Nqalande, 23. Mfo Kqasvane,  5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 97. Tapdıq Əhmədov, 19. Müşfiq İlyasov, 22. İbrahim Aslanlı, 64. Kənan Cəfərov, 
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 4. Elvin Sərkərov, 10. Elvin Məmmədov, 18. Xulio Sezar Rodriqez, 43. Riçard Qadze, 93. Seyxan Fərəcov, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov

"Qaradağ Lökbatan”: 1. Cəfər Əlizadə, 4. Tural Məmmərzəyev, 5. Sahil Zeynalov, 10. Elçin Əliyev, 19. Firuddin Mövsümov, 8. Sərxan Əhmədli, 77. Taleh İskəndərov (k), 15. Osman Soltanov, 21. Rövşən Şahmuradov, 7. Aqşin Hüseynov, 3. Məhərrəm Orucov
Ehtiyat oyunçular: 70. Anar Məhərrəmov, 12. Miremil Həsənov, 90. Aqşin Eyyubov, 27. Toğrul Xanlarov, 22. Tural Əjdərli, 16. Coşqun Canımov, 11. Nicat Quluzadə, 14. Niyazi Qasımzadə, 6. Nazim Rəhimov, 47. Kamran Baloğlanov
Baş məşqçi: Elçin Dərgahquluyev
 
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu

17.00. "Sumqayıt” – "Zaqatala” 2:0
(Rəhim Sadıxov, 19-p., Əmir Ağayev, 70) 
 
"Sumqayıt”: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov (k), 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 6. Vüqar Mustafayev, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 44. Elvin Cəfərquliyev, 20. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 12. Nicat Mehbalıyev, 33. Ələkbər Ağayev, 10. Əmir Ağayev, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov

"Zaqatala”: 1. Vüsal Şabanov, 4. Kənan Müslümov, 10. Rəhman Şabanov, 6. Aleksandr Şemonayev (k), 17. Bəhruz Teymurov, 19. Famil Camalov, 5. Xəyal Əmirli, 9. Maqsud Ələkbərov, 8. İbrahim Qədirzadə, 7. Elşad Əliyev, 14. Elçin Əlicanov
Ehtiyat oyunçular: 12. Rəşad Əhmədov, 2. Sərxan Abdullayev, 28. Ülvi Quliyev, 25. Oruc Balaşlı, 11. Səid İbadov, 22. Kamal Dənziyev, 3. Yusif Həsənov, 15. Əsədulla Heydərov, 13. Ramin Əhmədov
Baş məşqçi: Rüstəm Məmmədov
 
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elbrus Abbasov
"Kapital Bank Arena”
 
Mərhələnin dünən baş tutan qarşılaşması aşağıdakı kimi nəticələnib.

"Keşlə” – "Kəpəz” 3:1
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR