Dmitri Nazarov milliyə çağırılmamasından danışdı

Dmitri Nazarov milliyə çağırılmamasından danışdı

Millimizin futbolçusu Dmitri Nazarov son dövrlərdə yığmaya çağırılmamasına və komandası II Bundesliqa təmsilçisi "Ersgebirge”də az forma şansı qazanmasına, zəif çıxışına münasibət bildirib.
 
Sport7.az xəbər verir ki, 30 yaşlı futbolçu Almaniya mətbuatına açıqlamasında vəziyyəti belə dəyərləndirib:

"İndi xüsusi vaxtdır və hər şey çox incədir. Belə məqamda bu kimi qərarlar verilməlidir. Karantin tədbirləri səbəbindən Almaniyaya qayıtdıqdan sonra yoluxma və ya müvəqqəti məşqdən kənarda qalmaq riski çox böyükdür. Hazırda millidə oynamağıma icazə verilməməsi mənim üçün üzücüdür. Ancaq buna məcburam. Tezliklə vəziyyətin müəyyən dərəcədə yaxşılaşacağına ümid edirəm. Milli komandaların iştirakı ilə bağlı yaranmış fasilədə özümü inkişaf etdirməyə çalışıram. Ehtiyat oyunçular skamyasındakı yer məni qane etmir. 30 yaşım var və hələ də oynaya bilərəm”.

Qeyd edək ki, Dmitri Nazarov millinin həm oktyabrdakı, həm də bu aydakı oyunlarına dəvət edilməyib. O, bu mövsüm geridə qalan 7 tur ərzində "Ersgebirge”də cəmi 4 oyunda forma geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR