Dmitri Nazarov qoldan sonra yol verdiyi hərəkəti izah etdi - VİDEO

Dmitri Nazarov qoldan sonra yol verdiyi hərəkəti izah etdi - VİDEO

Millimizin "Ertsgebirge"nin futbolçusu Dmitri Nazarov cəzalana bilər.
 
Sport7.az xəbər verir ki, buna səbəb Nazarovun karantin qaydalarına zidd addımlar atması olub. 30 yaşlı hücumçu "Nürnberq"lə qarşılaşmada qol vurduqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, klubun meneceri Tomas Romeykeni qucaqlayıb.
 
Nazarov oyundan sonra verdiyi açıqlamada addımını belə izah edib: "Oyuna gəldiyimiz vaxt o, avtobusumuzun sükanı arxasında idi. Birdən qarşımıza təpədən uçan BMW düşdü. Məhz Romeyke cəld reaksiyası sayəsində həyatımızı xilas etdi. Əks halda, kim bilir, nə baş verəcəkdi. Buna görə də qolu vurduqdan sonra Romeykeni qucaqladım. Bilirəm ki, qolu bu cür qeyd etməyə icazə yoxdur. DFB-nin humanistlik göstərəcəyinə ümidvaram".

Qəza zamanı avtobusa zərər dəysə də, komanda üzvlərindən heç kim xəsarət almayıb. Əzilən minik maşınının sürücüsü və sərnişini isə ciddi travmalarla xəstəxanaya çatdırılıb.

"Nürnberq" - "Ertsgebirge" matçı 1:1 hesabı ilə yekunlaşıb. 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR