Dodo

Dodo "Qəbələ"nin azarkeşlərinə söz verdi - MÜSAHİBƏ

"Rəqibimizin kimliyindən asılı olmayaraq mərhələni keçəcəyik".

Sport7.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin legioneri Dodo azerisport.az-a müsahibəsində deyib.

- Son mövsümün böyük hissəsini zədə səbəbindən buraxmalı oldunuz. Komandanızla ümumi məşqlərə nə vaxt başlayacaqsınız? 
- Zədəm artıq geridə qaldı. Tədricən əvvəlki səviyyəmə qayıtmağa çalışıram. Sabahdan etibarən komandamla ümumi məşqlərə qatılacağam. Fiziki baxımdan problemim yoxdur. Sadəcə, oyun planında çatışmazlıqları aradan qaldırmağım lazımdır.

- Əvvəlki Dodonu nə vaxt görəcəyik? 
- Siz əvvəlki Dodonu yox, onun daha  yaxşı formasını görəcəksiniz. Futbol üçün darıxmışam. Tezliklə meydana qayıtmaq istəyirəm. 

- Komandanın hazırlığı necə gedir?
- Məşqlərimiz plana uyğun gedir. Avropa Liqasına artıq çox az vaxt qalıb. Bu zaman müddətində komanda forma toplamalıdır. Bu mövsüm ötənilki ilə müqayisədə daha yaxşı çıxış etməliyik.

- Daha yaxşı necə? 
- Heç kim üçün sirr deyil ki, bu komanda ötən il Avropa Liqasında çıxış edən heyətlə müqayisədə daha güclüdür. Belə olan halda daha yaxşı çıxış etməyə borcluyuq. 

- Ötən mövsüm komandanız nəinki mərhələ keçə, heç qol da vura bilmədi... 
- Bu mövsüm qol vuracağımız dəqiqdir. Ümid edirəm ki, bir qolla kifayətlənmərik. 

- Artıq gələn həftə püşkatma mərasimi olacaq. Kimə rəqib olmaq istərdiniz?
- Potensial rəqiblərimizin siyahısı ilə tanış olmamışam. Amma kimin düşməsindən asılı olmayaraq, ancaq qələbəyə və mərhələ keçməyə çalışacağıq. 

- Böyük ehtimalla növbəti mövsüm "İnter"lə "Neftçi" də iddialı olmayacaq. "Qəbələ" "Qarabağ"la təkbaşına rəqabət apara biləcək? 
- Bu barədə eşitmişəm. Amma digər klublarda baş verənlərin bizə aidiyyatı yoxdur. Hazırda bizi yalnız öz işlərimiz düşündürür. Çünki yeni mövsümdə çempionluq uğrunda mübarizə aparmaq üçün hər şeyə yüz faiz hazır olmaq lazımdır.   

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR