Dominik Tim ilk mərhələdə

Dominik Tim ilk mərhələdə "Vimbldon"la vidalaşdı

"Vimbldon"da kişilərin mübarizəsində ilk mərhələnin növbəti görüşləri keçirilir.

Dominik Tim Sem Kuerri ilə qarşılaşıb. Avstriyalı tennisçi ilk seti tay-breykdə aktivinə yazdırıb. Bununla belə, Kuerri oyunun gedişində geri dönüş edə bilib. İkinci seti tay-breykdə qazanan, üçüncü və dördüncü setlərin tamamında isə rəqibinə cəmi 3 qeym verən amerikalı tennisçi matçdan 3:1 hesabı ilə qalib ayrılıb. Beləliklə, ATP-nin sıralamasında 4-cü sırada qərarlaşan, turnirin isə 5 nömrəli favoriti olan Dominik Tim ilk mərhələdə mübarizəni dayandırıb.


Vimbldon ("böyük dəbilqə")

London, Böyük Britaniya

Kişilər

İlk mərhələ

Sem Kuerri (ABŞ) - Dominik Tim (Avstriya) - 3:1 (6:7, 7:6, 6:3, 6:0)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR