Dominik Tim Sinsinnatidə korta çıxmayacaq

Dominik Tim Sinsinnatidə korta çıxmayacaq

ATP-nin reytinq cədvəlində dördüncü olan Dominik Tim Sinsinnatidə keçirilən "Masters" seriyalı turnirdə iştirakdan imtina edib.

Avstriyalı raketka ustası soyuqdəymə səbəbindən belə bir qərar qəbul edib. Tim "US Open"ə kimi sağalmaq istədiyini bildirib. Onun əvəzinə laki-luzer Federiko Delbonis "Western and Southern Open"də mübarizə aparacaq.

25 yaşlı tennisçi son matçını ötən həftə Monrealda keçirmiş və Daniil Medvedyevə 0:2 (3:6, 1:6) hesabı ilə məğlub olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR