Dominik Tim və Ramos-Vinyolas finalda

Dominik Tim və Ramos-Vinyolas finalda

Avstriyada keçirilən "ATP 250" seriyalı "Generali Open"də yarımfinal mərhələsinə yekun vurulub.

Dominik Tim Lorentso Soneqonu mübarizədən kənarlaşdıraraq həlledici görüşdə oynamaq haqqı əldə edib. Bu, avstriyalı tennisçinin cari mövsümdə torpaq kort turnirlərində üçüncü finalı olacaq.

Timin finaldakı rəqibi Albert Ramos-Vinyolas olacaq. İspan raketka ustası Kasper Ruudu məğlub edib.


Generali Open (ATP 250)

Kitsbuel, Avstriya

Yarımfinal

Albert Ramos-Vinyolas (İspaniya) - Kasper Ruud (Norveç) - 2:0 (7:5, 6:4)

Dominik Tim (Avstriya) - Lorentso Soneqo (İtaliya) - 2:0 (6:3, 7:6)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR