Dominik Tim vətənində ilk titulunu qazandı

Dominik Tim vətənində ilk titulunu qazandı

Avstriyada keçirilən, "ATP 250" seriyalı "Generali Open" turnirinə yekun vurulub.

Finalda Dominik Tim və Albert Ramos-Vinyolas qarşılaşıb. Tay-breykə gedən ilk seti avstriyalı tennisçi aktivinə yazdırıb. İkinci setdə iki breyk edən və öz servis oyunlarında xal verməyən Tim 1 saat 41 dəqiqə davam edən oyundan 2:0 hesabı ilə qalib ayrılaraq, doğma vətənində keçirilən turnirdə ilk dəfə çempionluq yaşayıb.

Generali Open (ATP 250)

Kitsbuel, Avstriya

Final

Dominik Tim (Avstriya) - Albert Ramos-Vinyolas (İspaniya) - 2:0 (7:6, 6:1)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR