Dopinqə görə komandadan qovuldu

Dopinqə görə komandadan qovuldu
Bəhreynin "Bahrain-Merida” velosiped komandasının belaruslu üzvü Konstantin Sivçov komandadan uzaqlaşdırılıb.

Sport7.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Buna səbəb idmançının dopinq testinin müsbət nəticə verməsidir.

Testin nəticəsi barədə Beynəlxalq Velosipedçilər İttifaqından kluba məlumat daxil olan kimi, 36 yaşlı idmançı komandanın heyətindən çıxarılıb.

Qeyd edək ki, velosipedçinin komandası ilə müqaviləsi dekabr ayında başa çatır. Mövcud qaydaya əsasən, məsələyə dair qərar verilənədək idmançı komandadan kənarda qalacaq.
 
Sport7.az

Xəbər lenti