“Dostluq üçün futbol”da Azərbaycanı Ferqüsson təmsil edəcək

“Dostluq üçün futbol”da Azərbaycanı Ferqüsson təmsil edəcək
Moskvada keçiriləcək "Dostluq üçün futbol” (Football for Friendship) turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyən edilib.

Sport7.az xəbər verir ki, mötəbər turnirdə ölkəmizi 12 yaşlı Conatan Ferqüsson təmsil edəcək.

Gənc futbolçu qapıçı kimi çıxış edəcək. Ferqüsson Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edəcək.
 
Ferqüsson 2005-ci ildə Bakıda doğulub. Azərbaycandan Moskvaya gənc jurnalist kimi Rəna Əliyeva göndəriləcək.

"Qazprom” İSC-nin himayədarlığı ilə "Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir.

İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub.
 
Sport7.az

Xəbər lenti